«Onlar ölümcül səhvə yol verirlər»-AÇIQLAMA
Şənbə günü Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsi yenidən rəsmi Dəməşqə bağlı hərbi qüvvələr tərəfindən atəşə tutulub.
Lent.az-ın Türkiyənin informasiya vasitələrinə istinadən məlumatına görə, Türkiyə cavab atəşi açıb.
Mənbənin bildirdiyinə əsasən, mərmilər bu gün Yayladağın Güveççi kəndindəki boş əraziyə düşüb. Rəsmi Dəməşqin etiraflarına, üzrxahlığına baxmayaraq, artilleriya atəşi 4 gündür davam edir.
Hazırda Türkiyə sərhədi yaxınlığında Suriyanın hökumət və müxalifət qüvvələri arasında döyüş gedir.
Baş verənlərə münasibət bildirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: «Türkiyə müharibə istəmir, amma ona çox yaxındır və ona hücum etmək istəyənlər ölümcül səhvə yol verirlər».
BMT-nin Təhlükəsizlik Şurası cümə axşamı Türkiyə ərazisinin atəşə tutulmasına görə Suriya rəhbərliyini ittiham edib.
Bu həftə Türkiyənin Ağcaqala qəsəbəsində baş vermiş olay zamanı 5 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdı.
Türkiyə parlamenti Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edib.

Oxşar yazılar

Dünyanın ən gözəl ilbizlərinin xilasına başlanıldı
23 avqust 2025 , 07:34
Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
23 avqust 2025 , 00:42
Tramp Putini futbol üzrə dünya çempionatına dəvət edəcək
22 avqust 2025 , 22:08
DƏHŞƏT: Sevgilisindən ayrılan gənc qız bilərəkdən paraşütünü açmadı
22 avqust 2025 , 21:07
İnsan komada olanda nə görür və nə hiss edir? - Sağ qalanların xatirələri
22 avqust 2025 , 20:15
Azyaşlı qızın gözlərini çıxarıb qurban kəsdilər - Ölkəni sarsıdan RİTUAL
22 avqust 2025 , 16:29
Cərrah səhvən xəstənin cinsi orqanını kəsdi
22 avqust 2025 , 15:14