Fransa məhkəməsi ABŞ-a qarşı çıxdı
0
0
Fransa məhkəməsi bu gün keçirdiyi iclasında iranlı mühəndis Məcid Kakavəndi ABŞ-a təhvil verməkdən imtina edib. Lent.az-ın “Reuters”-ə istinadən məlumatında bildirilib ki, o, Amerika tərəfindən elektron avadanlığının qanunsuz istifadəsində, İslam Respublikasına qarşı tətbiq olunun embarqonu pozmaqda ittiham olunur.
Amerikanın hüquq-mühafizə orqanlarının iddiasına görə, Kakavənd ABŞ istehsalı olan yüksək səviyyəli 1,2 milyon dollarlıq elektron texnologiyasını İnternet vasitəsi ilə əldə edərək, Malayziyadan İrana aparıb.
Fransa hüquq mühafizəçilərinin araşdırmasına əsasən, iranlının əməlində qanun pozuntusu aşkarlanmayıb. 5 ay Fransa həbsxanasında saxlanılmış Məcid Kakavənd məhkəmədən sərbəst buraxılıb.
Xatırladaq ki, bu cinayət işi ilə bağlı proses 14 ay sürüb. İstintaq zamanı hakimlər iranlı mühəndisin ABŞ-ın deyil, Fransa qanunlarını pozmasını da araşdırıblar.
Fransanın baş prokuroru rəsmi Vaşinqtonun tələblərinə qarşı çıxaraq, Kakavəndin əməlinin hərbi xarakterli olmadığını bildirib.
Sədrəddin Soltan

Oxşar yazılar

Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45
Alen Delonun 17 min avroluq qol saatı oğurlandı
7 sentyabr 2025 , 05:50
Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib
7 sentyabr 2025 , 04:11
Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapıldı
7 sentyabr 2025 , 03:26
Portuqaliya Ermənistanı meydana çıxmağına PEŞMAN ETDİ
6 sentyabr 2025 , 22:02
Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53