Bakıda Azərbaycan–Avropa  İttifaqı Biznes Forumu keçirilir
21 oktyabr 2026 10:13 (UTC +04:00)

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

0

Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir.

"APA-Economics" xəbər verir ki, tədbirdə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, investisiya imkanları və Orta Dəhlizin perspektivləri müzakirə olunur.

Forum çərçivəsində “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026”, həmçinin ölkədə ticarət sektorunun inkişafına dair tədqiqat hesabatının təqdimatı nəzərdə tutulub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar