Tehrandakı sərgidə “erməni soyqırımı”na dair kitablar nümayiş olunub
0
0
İran İslam Respublikasının paytaxtında mayın 5-də başlanmış beynəlxalq kitab sərgisi bu gün başa çatıb. Sərgidə 2000 yerli, 1700–ə yaxın xarici naşirlərin iştirak etdiyi bildirilir.
İran mənbələrinin məlumatına əsasən, sərgiyə 4 milyondan çox insan gəlib. 23-cü kitab sərgisində ölkə parlamentinin sədri Əli Laricani də iştirak edib.
Lent.az-ın “aysor.am”-a istinadən məlumatında bildirilib ki, sərgiyə Ermənistan Respublikasının naşirləri də qatılıb. Mənbənin məlumatına görə, İrəvanın Tehrandakı səfirliyi və ölkənin Mədəniyyət Nazirliyinin birgə iştirakı ilə yaradılmış ermənilərin kitab pavilyonuna maraq böyük olub. Ermənistan KİV bildirib ki, onların pavilyonu ilə bağlı qalmaqal baş verməyib.
Ermənistan XİN-in mətbuat xidməti bildirib ki, sərgiyə gələnlər ölkənin turizm və təhsil sahələrinə özəl maraq göstəriblər. Bundan başqa, xarici qonaqları pavilyondakı “erməni soyqırımı ilə bağlı materiallar da maralandırıb”.
Xatırladaq ki, mayın 13-də Azərbaycanın kitab pavilyonu İranın xüsusi xidmət orqanları tərəfindən qapadılmışdı. Bu barədə APA-ya məlumat İranda Azərbaycan Siyasi Məhbuslarının Haqlarını Müdafiə Komitəsi məlumat verib. Yerli azərbaycanlıların etirazından sonra pavilyon yenidən açılıb.
Yarmarkada Avropanın bir çox ölkəsinin nazirlikləri və firmaları iştirak edib. Pavilyon bağlanarkən İran parlamentinin milli təhlükəsizlik və xarici əlaqələr komissiyasının sədri Əlaəddin Bürucerdi də orada olub. Azərbaycanlılar öz etirazlarını ona da bildiriblər.
Azərbaycanın Tehran beynəlxalq kitab yarmarkasındakı stendində Xətai və Füzulinin Azərbaycan dilindəki kitablarının nümayiş etdirilməsinin İranın təhlükəsizlik qüvvələrində narahatlıq doğurduğu, buna görə də stendin qapandığı bildirilir. Bir neçə saatdan sonra açılan pavilyonda kitabların nümayişi davam etdirilib.
Sədrəddin Soltan

Oxşar yazılar

Əfqanıstanda qadınlar dağıntılar altında öldü: Taliban əvvəlcə kişiləri xilas etdi
7 sentyabr 2025 , 10:42
Rusiya Kiyevə hücum etdi, hökumət binasında yanğın baş verdi
7 sentyabr 2025 , 08:23
Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45
Alen Delonun 17 min avroluq qol saatı oğurlandı
7 sentyabr 2025 , 05:50
Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib
7 sentyabr 2025 , 04:11
Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapıldı
7 sentyabr 2025 , 03:26
Portuqaliya Ermənistanı meydana çıxmağına PEŞMAN ETDİ
6 sentyabr 2025 , 22:02