Azərbaycan əsilli xanıma görə Almaniyanın 2 jurnalisti həbs edilib
Lent.az-ın “dw-world.de” saytına istinadən verdiyi məlumata görə, Tehran “Bild am Sonntag” həftəliyinin müxbirini və fotoqrafını İran sərhədlərindən kənarda fəaliyyət göstərən antiinqilabi qruplarla əlaqədə günahlandırır.
Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olan Angela Merkel deyib ki, Berlin hər iki vətəndaşının azadlığa çıxmasında maraqlıdır.
Qeyd edək ki, bu gün Almaniya Xarici İşlər Nazirliyi İranda saxlanılan şəxslərin ölkə vətəndaşı olduqlarını təsdiqləməkdən imtina etmişdi. Angela Merkel isə bu açıqlaması ilə saxlanılanların Almaniya vətəndaşı olduğunu faktiki təsdiqləyib.
Jurnalistlərin saxlanıldığını bu gün İran Xarici İşlər Nazirliyi bəyan edib. İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mahmanparast deyib ki, hələ saxlanılanlrın həqiqətən jurnalist olub-olmadıqları bilinmir. Onun sözlərinə görə, bu şəxslər ölüm cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aşitaninin oğlunun evinə gedən yolda həbs olunublar. Ramin Mehmanparast Almaniya vətəndaşları ilə Səkinənin oğlu arasında əlaqəni Almaniyada məskunlaşan İranla bağlı antiinqilabi qrupların qurduğunu iddia edib və bu əlaqənin onların həbsi üçün əsas olduğunu vurğulayıb.
Xatırladaq ki, İran hakimiyyəti Azərbaycan əsilli Səkinə Məhəmmədi Aşitanini açıq-saçıq geyindiyinə görə həbs edib, eyni zamanda ona qarşı ərinə xəyanət etdiyi ilə bağlı iddia irəli sürülüb.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36