İnfeksion xəstəlik yayılır
19 oktyabr 2010 15:51 (UTC +04:00)

İnfeksion xəstəlik yayılır

Nikaraquada fövqəladə vəziyyət elan edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rejimin tətbiqinə ölkədə leptospiroz xəstəliyinin sürətlə yayılması səbəb olub.

Son məlumata əsasən, cari ilin əvvəlindən xəstəlik artıq 17 nəfərin ölümünə səbəb olub. Ümumilikdə, ölkə ərazisində leptospiroz xəstəliyinə 91 yoluxma halı olub. Bunlardan, 71-i ölkənin paytaxtı Manaqua şəhərindən, təxminən, 93 kilometr şimal-şərqdə, Hondurasla sərhəddə yerləşən Leon vilayətində qeydə alınıb. Hazırda xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.

Bu xəstəliyin Əlcəzairdə də yayıldığı bildirilir. Ölkənin şimal-şərqində yerləşən Setif vilayətinin El-Eulma və bir neçə digər yaşayış məntəqələrində xəstəlik, ümumilikdə, 4 nəfərin ölümünə səbəb olub. Leptospiroz xəstəliyinə yoluxan digər 75 nəfər hazırda həkim nəzarətindədir.

İlkin araşdırmalar nəticəsində xəstəliyin yayılmasına qeyd olunan ərazilərdə quyu sularının çirklənməsinin səbəb olduğu müəyyən edilib. Leptospiroz kapillyarların, əzələlərin və böyrəklərin zədələnməsi, zəhərlənmə əlamətləri və qızdırma ilə təzahür edən kəskin infeksion xəstəlikdir. İnfeksiyanın yayıcıları gəmiricilər və ev heyvanlarıdır. Xəstəlik insandan insana keçmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49