Ermənistandan İrana hiyləgər zərbə
İranın Ermənistanda tikmək istədiyi neft emalı zavodu layihəsi “dondurulub”.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji və təbii ehtiyatlar naziri Areq Qaltsyan söyləyib.
Hazırda atom proqramına görə ABŞ və Avropa ölkələrinin İrana qarşı iqtisadi sanksiyaları genişləndirilməsi fonunda Ermənistanın bu addımını şərh edən Areq Qaltsyan bu məsələdə siyasi məqamın olmadığını iddia edib.
Areq Qaltsyan deyib ki, layihə bağlanmayıb, sadəcə, əlavə təhqiqatlar aparılması məqsədilə dondurulub: “İlk növbədə bu neft emalı zavodunun iqtisadi baxımdan sərfəli olub-olmaması məsələsi aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın energetika və təbii ehtiyatlar naziri bildirib ki, Ermənistan-İran İşçi Qrupu Təbrizdən Erasx şəhərinə çəkiləcək neft kəməri ilə bağlı texniki qiymətləndirmə işini başa çatdırıblar. Neft kəmərinin tikintisinin 2010-cu ildə başlaması nəzərdə tutulur. Kəmərlə ildə 1,5 milyon ton neft ötürülməlidir. Rusiyanın “Qazprom” şirkəti neft kəmərinin çəkilişində 10 faiz payla iştirak etmək niyyətindədir. Ancaq neft emalı zavodunun bütövlükdə, neft kəmərinin isə əsasən İranın öz pulu ilə tikilməsi planlaşdırılırdı.
Qeyd edək ki, Ermənistanda neft emalı tikmək istəyən İran özü neft emalı zavodlarının gücünün az olması səbəbindən benzin qıtlığından əziyyət çəkir. Çünki Qərb şirkətləri İrana benzin satılmasını dayandırıblar.

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18