Türkiyə futbolunda kütləvi həbslər başladı - FOTO
20 oktyabr 2010 16:12 (UTC +04:00)

Türkiyə futbolunda kütləvi həbslər başladı - FOTO

Lent.az-ın məlumatına görə, adları açıqlanmayan şəxslər mərc və danışılmış oyunlar yolu ilə nəticəyə təsir etməkdə ittiham olunurlar. Onlara TFF-in 4 avqust 2009-cu ildə Sarıyer Cümhuriyyət Məhkəməsinə verdiyi şikayət ərizəsinə əsasən, İstanbul Təhlükəsizlik İdarəsinin başlatdığı “danışılmış oyun”, Diyarbəkir Məhkəməsinin apardığı “qanunsuz mərc” və Almaniyanın Bohum şəhər Məhkəməsinin apardığı “mərc və danışılmış oyunla manipulyasiya” ittihamları irəli sürülüb.


Federasiya rəhbərliyi 58 şübhəli matçı araşdırdıqdan sonra 3 məhkəmənin məsuliyyətə cəlb etdiyi 71 nəfərdən futbol ailəsinə mənsub olanların PFDK-ya cəlb edilməsinə qərar verib.


Bundan öncə isə daha 3 futbol adamı eyni qurum tərəfindən dindirilib. Sarıyer Cümhuriyyət Məhkəməsinin saxlanılmasına qərar verdiyi 71 nəfərdən 54-ü futbol ailəsində yer alır. Onlardan 39-u futbolçu, 3-ü hakim, 7-si məşqçi, 2-si klub prezidenti, 1-i klub rəsmisi, 2-si futbol agentidir.


Diyarbəkir Cümhuriyyət Məhkəməsinin həbs etdirdiyi 97 nəfərdən 19-u futbol ailəsinin üzvüdür. Onlardan 15-i futbolçu, 2-si məşqçi, 2-si hakimdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49