Nazarbayev “gənclik eleksiri” istədi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevə səlahiyyətlərini 2020-ci ilə qədər uzatmaq təklif olunub. Lent.az-ın “Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir təkliflə Qazaxıstan koreyalıları Assosiasiyasının rəhbəri Roman Kim çıxış edib. O, təklifini dövlət sənaye-innovasiya inkişafı strategiyasının məhz 2020-ci ilə qədər nəzərdə tutulması ilə əsaslandırıb.
Nazarbayev isə ona “gənclik və enerji eleksiri” əldə edildiyi təqdirdə, həmin müddətə qədər hakimiyyətdə qalacağı ilə bağlı istehzalı cavab verib: “Bəlkə Koreyada belə dərmanlar var... Dedim axı, 2020-ci ilə kimi razıyam. Amma mənə bu eleksiri tap”.
70 yaşlı Nursultan Nazarbayev 1990-cı ildən prezident postunu tutur. O, 3 dəfə seçkilərdə iştirak edib və hər dəfə böyük üstünlüklə qalib gəlib. 1995-ci ildə isə onun səlahiyyətlərinin vaxtının uzadılması ilə bağlı referendum keçirilib.
Nazarbayevin müşaviri Ermuxamet Ertısbayev bu ilin sentyabrında açıqlama ilə çıxış edərək, dövlət başçısının növbəti prezident seçkilərində də iştirak etmək niyyətində olduğunu bildirib. Növbəti seçkilər 2012-ci ildə keçiriləcək.

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18