Ən seksual xanım Berluskonini tərk etdi
İtaliya məhkəməsinin mafiya ilə bağlantısının olması barədə qərarı və koalision hökumətdəki ortağının hökumətdən çıxdığını elan etməsi səbəbindən ağır günlər keçirən İtaliyanın baş naziri Silvio Berluskoniyə növbəti və daha ağır bir zərbə dəyib. Lent.az-ın “Corriere Della Sera” qəzetinə istinadən verdiyi məlumata görə, İtaliyanın gender naziri Mara Carfagna dekabrın 15-də postunu tərk edəcəyini açıqlayıb.
Silvio Berluskoni çılpaq şəkildə çəkdirdiyi şəkillərlə məşhurlaşan bu maniken xanımla bir mərasimdə tanış olub, əvvəlcə partiya siyahısından deputat seçdirib, daha sonra da nazir təyin edib. Mara Carfagnanın postunu tərk edəcəyi xəbərini baş nazir NATO-nun Lissabonda keçirilən sammitində alıb. Dərhal telefonla zəng açan Silvio Berluskoni uzun müddət ondan istefa verməməsini xahiş edib.
“Corriere Della Sera” qəzetinin yazdığına görə, baş nazir Mara Carfagnadan onu tərk etməməsini istəyib. Əlində son sorğunun anketləri olduğu, növbədənkənar seçkilərə gedərlərsə, partiyasının 56 faiz səs alaraq bu dəfə təkbaşına hökumət quracağını söyləyən Silvio Berluskoninin israrlı xahişləri nəticə verməyib. Xanım nazir deputatlıqdan da gedəcəyini söyləyib.
Qeyd edək ki, Mara Carfagna hazırda Sardinyanın Porto Cervo bölgəsində sevgilisi ilə tətildədir.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49