Britaniya səmasında naməlum obyektlər:  kimə məxsus olduğu bilinmir
17 oktyabr 2026 11:47 (UTC +04:00)

Britaniya səmasında naməlum obyektlər: kimə məxsus olduğu bilinmir

0

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı iki dəfə naməlum pilotsuz uçuş aparatları ilə qarşılaşıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Britaniya aviasiyasının hadisələrin qeydiyyatı jurnalına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisələr 2026-cı il fevralın 18-də və 23-də Şimal dənizi üzərində keçirilən hərbi təlimlər zamanı baş verib. Həmin vaxt Britaniya qırıcıları hava döyüşlərinin təqlidi və havada yanacaq doldurulması üzrə məşqlər həyata keçirirmiş.

Məlumata görə, hər iki hadisə zamanı hərbi təyyarələr naməlum obyektlərlə toqquşmaq təhlükəsi ilə üzləşib. Diqqətçəkən məqam isə pilotsuz uçuş aparatlarının 5100 metrdən çox yüksəklikdə hərəkət etməsi və radarlar tərəfindən aşkarlanmamasıdır.

“The Telegraph” yazır ki, bu yüksəklik kommersiya məqsədli dronlar üçün icazə verilən maksimum həddən 40 dəfədən çoxdur. Nəşrin məlumatına görə, hər iki hadisə ABŞ ilə İran arasında hərbi münaqişənin başlamasından bir qədər əvvəl qeydə alınıb.

Britaniya Hərbi Hava Qüvvələri naməlum obyektlərlə bağlı məlumatları polisə təqdim edib.

Hadisələrin digər təfərrüatları, eləcə də pilotsuz uçuş aparatlarının kimə məxsus olduğu barədə məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar