Bu məhəllədə hamının soyadı  eynidir
17 oktyabr 2026 13:17 (UTC +04:00)

Bu məhəllədə hamının soyadı eynidir

0

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonundan 30 kilometr məsafədə yerləşən Karacanlık məhəlləsində yaşayan bütün sakinlərin soyadı eynidir.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Karacanlık məhəlləsini fərqləndirən əsas xüsusiyyət isə burada yaşayan hər kəsin “Öztoprak” soyadını daşımasıdır. İki ulu babadan törəyən insanların məskunlaşdığı məhəllədə 150 ailə yaşayır. Ad qarışıqlığının qarşısını almaq üçün isə uşaqlara ikinci ad verilir.

Sakinlər bəzən səhvən bir-birinin kommunal ödənişlərini etdiklərini bildirirlər:

“Məsələn, Ahmet Öztoprak adlı başqa bir şəxs də olur. Ödəniş qəbzi mənə gəlir, mən də şəxsiyyət nömrəsinə baxmadan gedib ödəyirəm. O da eyni şəkildə mənim borcumu ödəyə bilir. Daha sonra qəbzləri müqayisə edəndə kimin nə qədər pul ödədiyi məlum olur. Elektron hökumət sistemi vasitəsilə yoxlayıram, görürəm ki, ya artıq pul ödəmişəm, ya da mənim borcum daha az imiş. Sonra bir-birimizlə müqayisə edib kimin borcunu ödədiyimizi müəyyənləşdiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar