Futbolçu həmkarının qollarında  can verdi: faciəvi ölüm
17 oktyabr 2026 10:00 (UTC +04:00)

Futbolçu həmkarının qollarında can verdi: faciəvi ölüm

0

Rusiyanın Barnaul şəhərinin “Polimer” futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarında Çuya magistral yolunda, Troitskoye kəndi yaxınlığında baş verib.

24 yaşlı futbolçu avtomobillə Biysk şəhərindən Barnaula gedirmiş. Yolun sürüşkən olması səbəbindən idarəetməni itirən futbolçunun avtomobili sürüşərək yol kənarındakı qoruyucu səddə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan Daniil Vinter ağır kəllə-beyin travması alıb. Gənc futbolçu dostu və komanda yoldaşı Yeqor Parşakovun qollarında dünyasını dəyişib. Hadisə zamanı avtomobildə olan Yeqor Parşakov isə tibbi yardımdan imtina edib.

“Polimer” klubunun rəhbərliyi, Barnaul Futbol Federasiyası və futbol ictimaiyyəti Daniil Vinterin ailəsinə, yaxınlarına, dostlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, 24 yaşlı Daniil Vinter hücumçu mövqeyində çıxış edib. O, futbolçu karyerası ərzində Barnaulun “Dinamo” və “Polimer”, Miassın “Torpedo”, həmçinin Novotroitskin “Nosta” klublarının formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 215

Oxşar yazılar