İran prezidentindən yeniyetmə qızlara təklif
Son bir neçə ildə, Mahmud Əhmədinijat prezident olandan sonra bu siyasət dəyişdirildi. Hökumət başçısı ailə planlaşdırılması ilə bağlı mövcud dövlət proqramına qarşı çıxaraq, iranlı qızları 16 yaşda ərə getməyə çağırıb.
Qeyd edək ki, bu proqram inqilabdan sonra əhalinin sürətlə artımının qarşısını almaq məqsədi ilə qəbul edilmişdi. 1990-cı illərin əvvəlində (o vaxt prezident Rəfsəncani idi) təsdiqlənmiş bu sənəd hətta, Qərbin də xoşuna gəlmişdi. Həmin proqramdan sonra ərəb dövlətləri ilə müqayisədə İranda əhalinin artımı aşağı düşüb.
M.Əhmədinijat bu proqramı «Qərbin zərərli yürüşü» adlandıraraq, gənc oğlanları 20 yaşda, qızları isə 16-17 yaşda ailə qurmağa çağırıb. Onun sözlərinə görə, hazırda iranlı gənclər uyğun olaraq 26 və 24 yaşda nikaha girirlər.
İran prezidenti 2005-ci ildən doğumun artmasının tərəfdarı kimi çıxış etməkdədir. Ölkədə əhalinin dəqiq sayı bəlli deyil. Amma bəziləri bunun 73-75 milyon arası olduğunu iddia edir. Əhmədinijatın fikrincə, İran indikindən iki dəfə çox əhalini «yedirtməyə qadirdir».
Sədrəddin Soltan

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49