Dəniz quldurları Rusiya gəmisinə hücum çəkdi
0
0
Bu gecə Nigeriyanın Laqos limanında dəniz quldurları Rusiyanın Sovkomflot şirkətinə məxsus “NS Spirit” tankerinə hücum çəkiblər. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, gəminin aşbazı qarnından güllə yarası alıb, kapitanın isə əli qırılıb.
Liberiya bayrağı ilə üzən tankerdə 22 heyət üzvünün hamısı Rusiya vətəndaşıdır. Dəniz quldurları gəminin anbarından qiymətli əşyaları və ərzağı götürərək uzaqlaşıblar. Səhər saatlarında katerlə gəmiyə Nigeriya hakimiyyət orqanlarının təmsilçiləri, həkimlər və Rusiyanın bu ölkədəki konsulu gəlib. Zərər çəkən heyət üzvləri evakuasiya edilib.