İsrail özünü hasara alır
İsrail Müdafiə Nazirliyi bu günlərdə İsrail və Misir sərhədində hasar tikməyə başlayacaq. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, hasar tikməkdə məqsəd Afrika ölkələrindən İsrailə qeyri-qanuni miqrasiya axınının qarşısını almaqdır.
Uzunluğu 150 kilometrə çatacaq hasarın tikintisi İsrail dövlət büdcəsinə 370 milyon dollara başa gələcək. Hasar müşahidə kameraları və digər texniki ləvazimatlarla təchiz olunacaq. Layihə 2 il ərzində icra olunmalıdır.
Qeyd edək ki, İsrail Nazirlər Kabineti hasar tikintisi barədə bu ilin martında qərar qəbul edib. Müdafiə naziri Ehud Barak tikintini “ümumilli vəzifə” adlandırıb. Bu gün parlamentdə xarici işçilərlə bağlı komissiyaya rəhbərlik edən Yakov Kats xüsusi iclas keçirib. İclasda İsraildə olan 40 min qeyri-qanuni afrikalı miqrantın taleyi müzakirə olunacaq. İclasda daxili işlər naziri Eli İşay, Təl-Əviv meri və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.
Qeyd edək ki, İsrail HƏMAS Hərəkatının hücumundan qorunmaq üçün də hasar tikib.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49