Qatil köpək balığını yaxalamaq mümkün olmur
Qırmızı dənizdə, Şarm-əl-Şeyx kurort şəhəri sahillərində peyda olan qatil köpək balığının axtarışlarını davam edir.
Lent.az-ın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, turistlərə hücum çəkən, bir rus xanımın əlini dirsəkdən qopararaq yaralayan, bir alman turistin isə sağ əlini və ayağını qopararaq ölümünə səbəb olan köpək balığının axtarışları nəticə vermir.
Misir hökuməti köpək balığını yaxalamaq üçün Qırmızı dənizdə axtarış sahəsini böyüdüb. Misir ekologiya nazirinin məsləhətçisi Mustafa Fod deyib ki, yaxın 24 saat ərzində Şarm-əl-Şeyx oteli sahillərində köpək balığının axtarışına ölkənin bütün müvafiq vasitə və resursları cəlb ediləcək: “Axtarış çox mürəkkəbdir. Köpək balığı böyük hərəkət sürətinə malikdir, ancaq biz eyni zamanda yüz kilometrlərlə ərazidə axtarış aparmaq imkanına malik deyilik”.
Qahirə Universitetinin professoru Məhəmməd Nəsif isə bildirib ki, qatil köpək balığının davranışı Qırmızı dənizin radioaktiv tullantılarla çirklənməsindən qaynaqlana bilər. Çünki bu tullantılar suda temperaturu yüksəldir, köpək balığının qidalarının tərkibini dəyişir və son nəticədə akula daim aclıq hiss edir və yeyəcək axtarır. Dünyadakı köpək balıqlarının 8 faizinin Qırmızı dənizdə yaşaması problemin səbəbləri sırasındadır.
Qeyd edək ki, hazırda turistlər Şarm-əl-Şeyx sahillərindəki çimərliklərə buraxılmırlar.

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15