Azadlığa buraxılan “Hizbullah”çular Türkiyədən qaçıblar
Yanvarın 4-də Türkiyədə azadlığa buraxılan radikal “Hizbullah” terror təşkilatının rəhbərləri – Edip Gümüş, Camal Tatar və təşkilatın hərbi qanadının rəhbəri Mehmet Varol atıq 3 gündür ki, lazımi imzanı atmaq üçün polis şöbəsinə gəlmirlər.
Lent.az-ın Radikal qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə polisi “Hizbullah” təmsilçilərinin İran, və ya Livana qaçdıqlarını güman edir.
Qeyd edək ki, “Hizbullah” rəhbərliyinə daxil olan bu şəxslər Cinayət Məcəlləsinə əlavə edilən və bu ilin yanvarında qüvvəyə minən müddəaya görə yanvarın 4-də azadlığa buraxılıblar. Həmin müddəaya görə, ağır cinayətlərdə ittiham olunan, ancaq 10 il ərzində haqlarında məhkəmə hökmü olmayan şəxslər azadlığa buraxılmalıdırlar. Ancaq həmin şəxslər onlarla bağlı məhkəmə prosesi keçirilib, məhkəmə hökmü verilənə qədər
hər gün yaşadıqları ərazidəki polis şöbəsinə gələrək imza atmalıdırlar.

Oxşar yazılar

Rusiyada kişinin mədəsindən 27 alışqan çıxardılar-FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20