Tunisdə vəziyyət nəzarətdən çıxır
                                    
                                    0
                                
                                    0
                                
                                Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir.
Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb.
Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Qeydə edək ki, indiyə qədər hüquq-mühafizə orqanları ilə baş verən toqquşmalarda 21 nəfər həyatını itirib.