Tacikistan ərazisinin bir hissəsini Çinə verdi
                                    
                                    0
                                
                                    0
                                
                                Tacikistan parlamentinin aşağı palatası Tacikistan-Çin sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı hökumətlərarası razılaşmanı bəyənib. 
Lent.az-ın “Korrespondent” qəzetinə istinadən verdiyi məlumata görə, Tacikistanın xarici işlər naziri Xamroxon Zarifi parlamentdəki çıxışında deyib ki, imzalanmış sənəd iki ölkə arasındakı mübahisəli ərazilərin bir hissəsinin, 1100 kv.km-in Çinə verilməsini nəzərdə tutur və bu, Tacikistan diplomatiyasının böyük qələbəsidir.
Qeyd edək ki, Pamirdəki ərazi ətrafında Rusiya və Çin arasında mübahisə 19-cu əsrin sonlarında yaranıb və SSRİ-nin mövcud olduğu dövrdə həllini tapmayıb. SSRİ dönəmində bu torpaqlar Tacikistan ərazisi olub.