
Tehranın başı üzərini qara bulud alır
Keçən il İsrail ordusunun İranın nüvə obyektlərini vurmasının qarşısını İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gabi Aşgenazi alıb. Lent.az-ın verdiyi məlumata görə, bu sensasion məlumatı İsrailin “Haaretz” qəzeti yayıb.
İranın nüvə obyektlərini vurmaqla bağlı planı İsrail müdafiə naziri Ehud Barak hazırlayıb. Ancaq Gabi Aşgenazi bu hücumun İsrailə fəlakət gətirəcəyini bildirib və qəti şəkildə bu plana qarşı çıxıb. Baş nazir Binyamin Netenyahu da Baş Qərargah rəisinə dəstək verib və nəticədə plan həyata keçirilməyib.
Bununla belə, “Haaretz”qəzeti yazıb ki, bu il müharibə əleyhdarlarının, o cümlədən Gabi Aşgenazi səlahiyyət müddətləri başa çatdığı üçün İsrailin İrana hücum etməsi və iki ölkə arasında savaş başlaması ehtimalı çox yüksəkdir.
Məsələ həm də ondadır ki, artıq müdafiə naziri Ehud Barak bu il müddəti başa çatan Baş Qərargah rəisi Gabi Aşgenazinin səlahiyyət müddətinin 1 il uzadılması ilə bağlı baş nazir Binyamin Netenyahunun təklifinə qarşı çıxdığını gizlətməyib. Baş Qərargah rəisi postuna isə İran məsələsində daha sərt mövqe tərəfdarı olan Yoav Galant gələcək.
Müharibə əleyhdarları sırasında yer alan, 2015-ci ilə kimi İranın atom bombası yarada bilməyəcəyini və ona görə də hücum məsələsində tələskənliyə yol verilməməsini zəruri sayan İsrailin kəşfiyyat qurumu MOSSAD-ın rəhbəri Meir Dagan isə keçən həftə istefa verib. Hərbi kəşfiyyatın rəhbəri isə keçən ay yaşı ilə əlaqədar işindən ayrılıb.
Dövlətin önəmli postlarında olan müharibə əleyhdarlarının səlahiyyət müddətinin bitliyinə, yaxud bitməkdə olduğuna diqqət çəkən “Haaretz” qəzeti bu posta gələnlər qarşısında Binyamin Netenyahu hökumətinin bu il savaşa qarşı çıxa bilməyəcəyini vurğulayır. Qəzet hesab edir ki, bu il böyük ehtimalla, İsrail-İran savaşı qaçılmaz olacaq.
Oxşar yazılar

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46