Braziliyada təbii fəlakətdən ölənlərin sayı 361 nəfərə çatdı
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, torpaq sürüşmələri güclü leysan yağışlardan sonra baş verib.
Təbii fəlakətdən daha çox bu əyalətdəki Yeni Friburq, Terezopolis və Petropolis şəhərləri ziyan çəkib. Mülki Müdafiə Departamenti hələ ölənlərin sayını təsdiqləməyə tələsmir. Departament bildirib ki, bundan sonra təkcə Terezopolis şəhərində 100-dən çox meyit aşkarlana bilər.
Torpaq sürüşməsi Rio-de-Janeyro əyalətində əsas yolları sıradan çıxarıb. Leysan yağışlar davam etdiyindən növbəti torpaq sürüşmələri gözlənilir. Fəlakət zonasında fövqəladə vəziyyət elan olunub. Ölkə iqtisadiyyatına 460 milyon dollar civarında ziyan dəydiyi bildirilib.
Terezopolis şəhərinin meri Xorxe Mario Sedlaçek deyib ki, çay daşıb və bir neçə bina tamamilə suyun altında qalıb: “Bu, əsl fəlakətdir”.

Oxşar yazılar

Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04