Tarixdə ilk metrol qəzası
24 iyun 2009 10:00 (UTC +04:00)

Tarixdə ilk metrol qəzası

10 avqust 1903-ü ildə Paris metrosunda 84 nəfərin həyatına son qoyan yanğın baş verdi. Bu faciə həm də tarixə ilk metro qəzası kimi düşdü.

Yanğın metronun istismara verilməsindən üç il sonra, yeni xəttin istismara verilməsi ərəfəsində baş verdi.

Arxadan gələn qatara mane olmamaq üçün maşinist vaqonu boş halda növbəti stansiyaya çəkir. Qısaqapanmadan əmələ gələn yanğın söndürülür. Arxadan gələn qatarın maşinisti yanğın xəbərdarlığı aldığı üçün sərnişinlərdən (təqribən 300 nəfər) vaqonu tərk etməyi tələb edir. Bu zaman sərnişinlərdən biri metro işçisi ilə mübahisə edərək gediş haqqının geri qaytarılmasını tələb edir. Digər sərnişinlər də ona qoşulur və bu zaman tuneldəki yanğından əmələ gələn tüstü qəflətən stansiyaya dolur. İnsanlar çaşqın halda çıxışa tərəf qaçmağa başlayır. Lakin bədbəxtlikdən həmin istiqamətdə çıxış bağlı idi... xilasedicilər stansiyadan 84 cəsəd çıxarırlar.

Bu qəzadan sonra metro vaqonlarının hazırlanması zamanı taxtadan istifadə minimuma endirildi.

Valensiyada 3 iyul 2007-ci ildəki metro faciəsinə səbəb isə maşinistin «avtoşluq» etməsi səbəb oldu. Qəza zamanı qatar normadan 2 dəff artıq – 80 km/saat sürətlə hərəkət edirdi. Qəzada 43 nəfər ölür, 47 nəfər yaralanır.

Vüqar
# 902

Oxşar yazılar