AB ölkələri İrandakı səfirlərini geri çağırdı
03 iyul 2009 10:05 (UTC +04:00)

AB ölkələri İrandakı səfirlərini geri çağırdı

İran vətəndaşları quruma üzv dövlətlər buraxılmaya bilər

İranda bu il iyunun 12-də keçirilən prezident seçkisindən sonra baş verən proseslər bu ölkənin digər dövlətlərlə münasibətində də ciddi problemlər yaradıb.


Lent.az-ın məlumatına görə, seçkidən sonra İranın ABŞ və İngiltərə ilə bağlı mövqeyi Avropa Birliyi ölkələri ilə münasibətində gərginliyə səbəb olub. Avropa Birliyi ölkələri İrandakı səfirlərini geri çağırmağa qərar verib. Quruma üzv dövlətlər növbəti mərhələdə İran vətəndaşlarına viza verilməsinin qadağan edilməsini planlaşdırır. Əgər münasibətlər belə davam edərsə, İran vətəndaşlarına Avropa Birliyinə üzv ölkələə viza verilməyəcək.
# 795

Oxşar yazılar