11 yaşlı oğlanı zorlayıb öldürən bərbər edam edildi
07 iyul 2009 20:00 (UTC +04:00)

11 yaşlı oğlanı zorlayıb öldürən bərbər edam edildi

Yəmənin paytaxtı Sanada 11 yaşlı oğlanı zorlayandan sonra öldürən şəxs edam edilib.
Lent.az-ın xarici agentliklərə istinadən məlumatına görə, 22 yaşlı Yəhya Hüseyn el-Raqva bərbərxanada işləyib. Ötən il Qurban Bayramında 11 yaşlı Həmdi əl-Kabas saçını kəsdirmək üçün onun işlədiyi bərbərxanaya gedib.
Manyak bərbər azyaşlını zorlayıb, sonra isə öldürərək cəsədini parçalayıb. O, ələ keçməmək üçün meyitin hissələrini şəhərin kənarına atıb.
Ötən ay keçirilən məhkəmədə əl-Raqva cinayəti etiraf edib və o, edama məhkum olunub. Edam cəzası dünən minlərlə insanın gözü qarşısında icra edilib. Sonuncu dəfə namaz qılmasına icazə verilən bərbər başından odlu silahla vurularaq öldürülüb.
Oradakı əsgərlər edam prosesini cib telefonlarına çəkiblər və ibrət olsun deyə, internetə yerləşdiriblər.

Qeyd edək ki, Yəməndə ötən il 13 nəfər edam edilib, bu il isə 9 nəfərin ölüm hökmü isra olunub.
# 844

Oxşar yazılar