Fələstin liderindən türklərə “one minute” “təşəkkür”ü
0
0
Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Kipr məsələsində yunanları müdafiə etdiyini açıqlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yunanlar Fələstində nümayəndəlik açacaqlar. Yunan Kiprinə səfər edən Mahmud Abbas Yunan Kiprinin lideri Dimitris Hristofyasla görüşüb. Görüşdən sonra açıqlama verən Abbas hər iki ölkənin bənzər probleminin olduğunu deyib.
Hər iki lider işğalçılığa (Fələstinin İsrailin, Şimali Kipr Türk Respublikasının isə Türkiyənin işğal etdiyi nəzərdə tutulur) son qoyulması üçün birgə mübarizə aparılacağını vurğulayıb. Hristofyas Fələstinin yunan xalqının “mübarizə”sinə verdiyi dəstək üçün təşəkkürünü bildirib, Ramallada nümayəndəlik açacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, İsrailin Fələstini bombalaması Türkiyədə ciddi narazılıqlara səbəb olmuşdu. Hətta baş nazir Rəcəb Tayyib Ərdoğan Davos sammitində İsrail prezidenti Şimon Perese etiraz edərək zalı tərk etmişdi. Baş nazirin oarada söylədiyi “one minute” hələ də yaddaşlardan silinməyib.

Oxşar yazılar

HƏMAS bütün girovları buraxmağa hazırdır
4 sentyabr 2025 , 03:12
İstanbulda prokuror qətlə yetirildi
4 sentyabr 2025 , 01:05
Rusiyada 5 bal gücündə zəlzələ oldu
4 sentyabr 2025 , 00:55
Portuqaliyada DƏHŞƏTLİ QƏZA: 15 ölü, 18 yaralı var-VİDEO
3 sentyabr 2025 , 23:59
Tanınmışların məzarını qarət edən dəstə tutuldu
3 sentyabr 2025 , 17:14
Bu ölkədə dəlilər axtarışa verildi: nazirlikdən ÇAĞIRIŞ
3 sentyabr 2025 , 16:33