Sərxoş aktyor səhnədə yuxuya getdi
18 may 2011 19:55 (UTC +04:00)

Sərxoş aktyor səhnədə yuxuya getdi

0
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iki saata qədər davam edən tamaşa boyunca aktyor hər altı dəqiqədən bir 40 millilitr spirtli içki qəbul edib. Bir müddət sonra aktyor özünü aqressiv aparmağa, qışqırmağa, söyüş söyməyə başlayıb. Hətta vəziyyət o həddə çatıb ki, məsələyə tamaşaçılar müdaxilə etməli olub. Onlar qalan içkini aktyordan gizlədiblər. Bundan bir qədər sonra içkili aktyor elə səhnədəcə yuxulayıb.

Mariya Steynborq truppasının nümayəndəsinin sözlərinə görə, səhnədə içki qəbul edib sərxoş olmaq tamaşanın yaradıcı ideyası olub. Ancaq aktyorun yuxuya getməsinin tamaşanın quruluşuna daxil olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb. Hətta sərxoş aktyora nəzarət etmək üçün tamaşaya həkim də dəvət edilib.

Xatırladaq ki, ötən il Almaniyada da belə bir hadisə baş vermişdi. Aktyorlar Venedikt Yerofeyevin “Moskva-Petuşki” əsərini oynayan zaman səhnədə artıq dozada spirtli içki içmişdilər. Sərxoş olmuş aktyorlar hətta improvizələr edərək tamaşaçılara da içki təklif etmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar