Dominik Stross-Kana qarşı sarsıdıcı dəlil
24 may 2011 09:46 (UTC +04:00)

Dominik Stross-Kana qarşı sarsıdıcı dəlil

Lent.az-ın NBC telekanalına istinadən verdiyi məlumata görə, Dominik Stross-Kanın cinsi təcavüzünə məruz qaldığını iddia edən, oteldə xidmətçi kimi çalışan qadının paltarında BVF-nin sabiq prezidentinin spermasının qalıqları tapılıb.

Dominik Stross-Kanın növbəti məhkəmə prosesi iyunun 6-da olacaq.

Xatırladaq ki, mayın 14-də 32 yaşlı bir qadın Manhettindəki “Sofitel” mehmanxanasında BVF prezidenti Dominik Stross-Kanın qaldığı nömrəni təmizləyərkən hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb.

Dominik Stross-Kan 3 gün sonra BVF prezidenti postundan istefa verib.
# 474

Oxşar yazılar