Misirdə 13 böyük biznesmenin vəsaitləri donduruldu
24 may 2011 10:51 (UTC +04:00)

Misirdə 13 böyük biznesmenin vəsaitləri donduruldu

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, rüşvətxorluqla bağlı cinayət işinin araşdırılması ilə əlaqədar həmin şəxslərə bizneslə məşğul olmaq qadağan edilib.

Rüşvətxorluqla bağlı cinayət işi Hüsnü Mübarəkin rejiminin çökməsindən sonra başlayıb. Vəsaitləri dondurulan biznesmenlər sırasında meyvə şirəsi və süd məhsullarının istehsalı ilə məşğul olan “Yuhayna Co” şirkətinin rəhbəri Safuan Tabet və iki peyk telekanalının sahibi olan Əhməd Baqat da var.
# 371

Oxşar yazılar