Əhmədinejadın ziyarət etdiyi zavodda partlayış
24 may 2011 11:03 (UTC +04:00)

Əhmədinejadın ziyarət etdiyi zavodda partlayış

Lent.az-ın “Fars” agentliyinə saytına istinadən verdiyi məlumata görə, partlayış İran prezidenti Mahmud Əhmədinejadın sexin açılışı münasibəti ilə zavoda səfəri zamanı baş verib. Həmin vaxt Mahmud Əhmədinejad zavodda işçilər qarşısında çıxış edirmiş və partlayışdan sonra da telekanallar vasitəsilə canlı izlənən çıxış davam etdirilib. Partlayış zamanı 6 nəfər yaralanıb.

Hələlik partlayışın səbəbi müəyyənləşdirilməyib.
# 439

Oxşar yazılar