Yəmən müxalifəti hökumət binalarını ələ keçirir
24 may 2011 11:06 (UTC +04:00)

Yəmən müxalifəti hökumət binalarını ələ keçirir

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinə qarşı mübarizə aparanların əksəriyyətini ölkədə böyük nüfuza malik Xaşid tayfasının təmsilçiləri təşkil edir.

Artıq aksiyaçılar sənaye nazirliyi və dövlət informasiya agentliyinin binalarını ələ keçiriblər. Daxili İşlər Nazirliyinin binası uğrunda aktiv mübarizə gedir.

Qanlı qarşıdurma hakimiyyətə müxalif mövqedə olan Xaşid tayfasının rəhbəri şeyx Sadek əl-Ahmarın evinə polisin hücumundan sonra başlayıb. Hücum zamanı şeyxin 2 tərəfdarı ölüb, 20 nəfər yaralanıb. Paytaxta Xaşid tayfasının yüzlərlə üzvü axışıb.

Xatırladaq ki, dünən prezident Əli Abdall Saleh üçüncü dəfə hakimiyyətin ötürülməsi ilə bağlı müxalifətin bəyəndiyi sənədi imzalamaqdan imtina edib. Bu sənədin təşəbbüskarı Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası təklif edib. Əli Abdall Salehin bu addımından sonra Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası Yəməndə siyasi böhranın həllində vasitəçilik missiyasını dayandırdığını bəyan edib.
# 336

Oxşar yazılar