Fələstin Muxtariyyətinin baş nazirinin ABŞ-da ürəyi tutub
24 may 2011 12:38 (UTC +04:00)

Fələstin Muxtariyyətinin baş nazirinin ABŞ-da ürəyi tutub

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, hadisə bazar günü Salam Fəyyadın ABŞ-da oxuyan oğlunun kolleci qurtarması münasibətilə Texas ştatının Ostin şəhərində keçirilən tədbirdə iştirakı zamanı baş verib.


Salam Fəyyad sinəsində güclü ağrı hiss edib və müayinə üçün xəstəxanaya gedib. Elə xəstəxanada olduğu vaxt da ürəyi tutub. Müayinə zamanı onun koronar arteriyasının tutulduğu üzə çıxıb. Həkimlər arteriyanı açmaq üçün katetlərdən istifadə ediblər.


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Salam Fəyyadın iki gün sonra xəstəxanadan buraxılacağını söyləyib.
# 394

Oxşar yazılar