ABŞ-da sünnət mübahisəsi başlayır
24 may 2011 20:34 (UTC +04:00)

ABŞ-da sünnət mübahisəsi başlayır

Bu il noyabr ayında ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində şəhər və ştat səviyyəli bir neçə məsələ ilə bağlı səsvermə keçiriləcək. Lent.az-ın “Economist” jurnalına istinadən verdiyi məlumata görə, seçicilər oğlan uşaqlarının sünnət edilməsinin qadağan olunması ilə bağlı məsələyə də münasibətlərini bildirəcəklər.

Oğlan uşaqlarının sünnət edilməsinin qadağan olunması təklifini irəli sürən təşəbbüs qrupunun üzvü Lloyd Schofield deyib ki, qız uşaqlarının sünnət edilməsi necə qadağan olunursa, oğlan uşaqları da eyni formada sünnətdən qorunmalıdırlar. ABŞ-da qız uşaqlarının sünnət edilməsi həm federal qanunla, həm də ştatdaxili qanunla qadağandır. Lloyd Schofield bildirib ki, oğlan uşaqlarının cinsi orqanının dərisinin kəsilməsi də insan orqanına icazəsiz müdaxilədir.

Qeyd edək ki, ABŞ-da oğlan uşaqlarının sünnət edilməsi yəhudi və müsəlmanlar üçün bir dini adət-ənənədir. Ancaq 20-ci əsrdə ABŞ-da sünnət geniş yayılmağa başlayıb və 1960-cı illərdə dünyaya gələn oğlan uşaqlarının demək olar ki, hamısı sünnət edilib. 1960-cı illərdən sonra isə oğlan uşaqlarının sünnət edilməsi faktları azalmağa başlayıb. 2008-ci ilin rəqəmlərinə görə, ABŞ-da oğlan uşaqlarının yarısı sünnət edilir. Yəhudilər və müsəlmanlar isə ABŞ-da sünnətə qadağa qoyulmasını dini azadlığa kobud müdaxilə olacağını bildirirlər. Sünnət məsələsinin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağı halda hakimlərin hansı qərar verəcəyi da maraqlıdır.

Sünnətin sağlamlıq baxımından nə qədər vacib olub-olmadığı da hələ mübahisə mövzusudur. Sonuncu dəfə Afrika ölkələrində aparılan araşdırma zamanı sünnət edilən oğlan uşaqlarının İİV virusuna yoluxması ehtimalının çox az olduğu üzə çıxıb. Ancaq sünnətə qarşı çıxanlar uşağın bədəninin bir parçasını kəsməyi qanunsuz sayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183

Oxşar yazılar