Yuliya Timoşenko saxlanıldı
24 may 2011 16:27 (UTC +04:00)

Yuliya Timoşenko saxlanıldı

Lent.az-ın “RBK”ya istinadən verdiyi məlumata görə, prokuror Oleq Puşkar deyib ki, siyasətçi istintaq dövründə nəzarət altında qalacaq.

Ukrayna Baş Prokurorluğu əmindir ki, Yuliya Timoşenko qəsdən istintaqı yubadır. Söhbət ondan gedir ki, aprelin 26-da sabiq baş nazir və onun vəkili istintaqa mane olublar. Aprelin 28-də Yuliya Timoşenko vəkilsiz peyda olub və bildirib ki, vəkili olmadan ifadə verməyəcək. Bundan sonra o, icazəsiz Baş Prokurorluğu tərk edib.

Xatırladaq ki, 2010-cu ilin dekabrında Ukrayna Baş Prokurorluğu Yuliya Timoşenkonu baş nazir olduğu dövrdə Kioto protokolu çərçivəsində Ukraynaya ayrılan vəsaiti başqa istiqamətə sərf etməkdə günahlandıraraq ona qarşı ittiham irəli sürüb. Aprelin 13-də isə 2009-cu ildə Rusiya ilə bağladığı qaz müqaviləsinə görə ona cinayət işi qaldırılıb. O, səlahiyyət həddini aşmaqda günahlandırılır.
# 632

Oxşar yazılar