Şimali Sudanla Cənubi Sudan yenə silaha əl atır
24 may 2011 18:10 (UTC +04:00)

Şimali Sudanla Cənubi Sudan yenə silaha əl atır

İyulun 9-da dünyanın ən yeni dövləti olmağa hazırlaşan Cənubu Sudanla Şimali Sudan arasında sərhəd gərginliyi artır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Şimali Sudan hökumətnin qoşunlarının neftlə zəngin olan Abyei bölgəsinə girməsiylə bölgədə yeni müharibə başlaması narahatlığı yaşanır.

Bölgədə keçən həftənin dördüncü günü yaşanan atışmalarda Şimali Sudan ordusunun 197 əsgərinin öldüyü bildirilir.

Qeyd edək ki, Abyei bölgəsi müsəlmanların çoxluqda olduğu şimal ilə müstəqil ölkə olmağa hazırlaşan, əhalisinin çoxu xristianlardan ibarət olan cənub arasında anlaşmazlıq mənbəyidir. Cənubi Sudan Xartum hökumətini Abyei neft bölgəsinin nəzarətini əlində saxlamaq məqsədilə sabitliyi pozmaqda ittiham edib və BMT-dən yardım istəyib.

ABŞ, İngiltərə və Fransa da Şimali Sudandan dərhal hərbi birliklərini geri çəkməyi tələb edib. Sudanı terrora dəstək verən ölkələr sırasından çıxarmağa hazırlaşan Vaşinqtonun bu hadisədən sonra qərarını təxirə salacağı bildirilir. Bu da Sudanın parçalanmasına nail olan Qərbin neftlə zəngin bölgənin də xristianların nəzarətinə keçməsi istiqamətində çalışdığını göstərir.
# 412

Oxşar yazılar