Oyuncaq pələng şəhərdə çaxnaşma saldı – FOTO
25 may 2011 06:12 (UTC +04:00)

Oyuncaq pələng şəhərdə çaxnaşma saldı – FOTO

Bu müraciətlər çox zaman əsassız çıxır və şikayətçi gülüş obyektinə çevrilir. Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, ötən günlərdə ABŞ-ın Susampton şəhərində stadionun yanına qoyulmuş oyuncaq pələng ciddi təşvişə səbəb olub. Stadionda keçirilən qolf oyunu dayandırılıb və əhali təxliyə olunub. Silahlı polislər isə “pələngin” insanlara yaxınlaşmaması üçün onu əhatəyə alıb.

Nəhayət pələngin oyuncaq olmasını polis helikopterindəki radarla müəyyən etmək mümkün olub. İnfraqırmızı şüalar göndərən radar pələngin ölü olduğunu təsbit edib. Bundan sonra isə ətrafdakı insanlar özlərini gülməkdən saxlaya bilməyib.

Polis hazırda oyuncaq pələngi küçəyə qoyan şəxsi axtarır.

Vüqar
# 806

Oxşar yazılar