Berluskoni: “Milan islam şəhərinə çevriləcək”
24 may 2011 20:49 (UTC +04:00)

Berluskoni: “Milan islam şəhərinə çevriləcək”

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Silvio Berluskoni deyib ki, əgər Milan meri postuna keçirilən seçkilərdə onun partiyasının irəli sürdüyü namizəd qalib gəlməzsə, Milan islam şəhərinə çevriləcək, qaraçı düşərgələrinin əhatəsində qalacaq.

Baş nazir bildirib ki, solçuların gəlmələrə səs vermə hüququnu tanıması bu mənzərəni qaçılmaz edəcək.
Qeyd edək ki, Silvio Berluskoninin namizədi, Milanın hazırkı meri Letitsii Moratti mer postuna keçirilən seçkilərin ilk turunda solçu müxalif partiyanın namizədi Culiano Pisapiyadan 6,4 faiz az səs yığıb. Seçkilərin ikinci turu 29-30 may tarixlərində keçiriləcək.
# 383

Oxşar yazılar