Rauf Denktaş xəstəxanaya aparılıb
25 may 2011 10:04 (UTC +04:00)

Rauf Denktaş xəstəxanaya aparılıb

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, müayinə zamanı 87 yaşlı Rauf Denktaşın təzyiqinin yüksəldiyi, beyin damarlarının birində problem yarandığı, sol əl və ayağın hərəkətində problem yarandığı üzə çıxıb.

Xəstəxanaya gələrək reanimasiya şöbəsində yerləşdirilən Rauf Denktaşa baş çəkən ŞKTC prezidenti Derviş Əroğlu jurnalistlərə açıqlamasında deyib ki, xəstəxanaya yerləşdiriləndən sonra onun səhhətində müsbət irəliləyişlər müşahidə olunur. Derviş Əroğlu bildirib ki, Rauf Denktaş artıq danışa, sol əlini və sağ ayağını hərəkət etdirə bilir: “Müalicə nəticəsində Rauf Denktaşın beyin damarındakı problemin sürətlə aradan qaldırılacağı və bədən funksiyalarının daha da normallaşacağını gözləyirik. Təbii ki, həkimlər təmkinli danışırlar, amma xəstəxanaya gətirildiyi andakı vəziyyəti ilə müqayisədə risklərin səviyyəsi azalıb. Rauf Denktaş əmin əllərdədir, çaşqınlığa ehtiyac yoxdur”.

Rauf Denktaşı Türkiyədəki xəstəxanalara aparmaq üçün bir təyyarə də hazır vəziyyətdə saxlanılır.
# 390

Oxşar yazılar