Pakistanda terror: 2 ölü, 20 yaralı
25 may 2011 10:06 (UTC +04:00)

Pakistanda terror: 2 ölü, 20 yaralı

Pakistanın Pişəvər şəhərində terrorçu-kamikadze bomba yüklü avtomobili polis şöbəsinin binasına çırpıb.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralıların çoxunun vəziyyəti ağırdır. Pakistan mətbuatı bu olayı da az əvvəl lideri amerikalı xüsusi təyinatlıları tərəfindən öldürülən “əl-Qaidə” terror təşkilatının növbəti qisas əməliyyatı kimi dəyərləndirib.

Pişəvər Pakistan-Əfqanıstan sərhədində yerləşir. Bəzi KİV-lər əsas hədəfin ABŞ konsulluğu olduğunu yazıb.
# 388

Oxşar yazılar