Netenyahu: “Qüds İsrail və Fələstin arasında bölünməyəcək”
25 may 2011 10:32 (UTC +04:00)

Netenyahu: “Qüds İsrail və Fələstin arasında bölünməyəcək”

0
İsrailin baş naziri Binyamin Netenyahu Qüdsün İsrail və Fələstin dövlətləri arasında bölünməyəcəyini elan edib. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Binyamin Netenyahu bunu ABŞ Konqresində çıxışı zamanı deyib.


O deyib ki, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalmalıdır. Binyamin Netenyahu növbəti dəfə 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu da bəyan edib. Bununla belə, o, müəyyən güzəştlərə hazır olduqlarını da dilə gətirib: “Fələstinlilərlə sülhə nail olmaq naminə mən müəyyən ağrılı kompromislərə də getməyə hazıram”.


Ərəb və Türkiyə mətbuatı isə Binyamin Netenyahunun son çıxışını savaş elanı kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar