Britaniya Liviyaya hərbi vertolyotlar göndərməyə qərar verdi
27 may 2011 10:29 (UTC +04:00)

Britaniya Liviyaya hərbi vertolyotlar göndərməyə qərar verdi

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, vertolyotlar yaxın bir neçə gün ərzində Liviyada olacaq.

Məqsəd Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələrə dəqiq hərbi zərbələr endirməkdir. NATO qırıcıları isə Liviyanın paytaxtı Tripolini bombalamaqda davam edirlər. Bu gecə Tripolidə 5 güclü partlayış baş verib.

Bu arada Rusiya Fransadan sonra Böyük Britaniyanın da Liviyaya hərbi vertolyotlar göndərməsindən narahat olduğunu bəyan edib.
# 924

Oxşar yazılar