Cennifer Lopesin seks kasetləri satışa çıxarılır
01 iyun 2011 03:45 (UTC +04:00)

Cennifer Lopesin seks kasetləri satışa çıxarılır

0
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, müğənninin 1997-ci ildə evlənib, qısa müddət sonra boşandığı ilk əri Ojani Noa sekslə məşğul olduqları zamanı çəkdiyi kasetləri satışa çıxarmaq niyyətindədir. Məhkəmə də bu seks kasetlərinin bazara çıxarılmasına icazə verən qərar çıxarıb. Ojani Noanın Cennifer Lopesin seks kasetlərini keçmiş sevgilisi Klaudia Vazquezə satdığı və onun bu görüntüləri DVD disklərinə köçürərək satmağa hazırlaşdığı bildirilir.

Cennifer Lopesin vəkilləri isə görüntülərdə Cennifer Lopesin çılpaq olmadığını, ancaq buna baxmayaraq, müvəkkillərinin şəxsi həyatının ortaya qoyulmasını istəmədiyini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1513

Oxşar yazılar