ABŞ Əsədi məhkəməyə verməyə hazırlaşır
18 iyun 2011 11:37 (UTC +04:00)

ABŞ Əsədi məhkəməyə verməyə hazırlaşır

0
ABŞ administrasiyası Suriya prezidenti Bəşər Əsəd rejiminin Haaqa Beynəlxalq Cinayət Məhkəmsində mühakimə olunması üçün informasiyalar toplamaqla məşğuldur.

Lent.az-ın “Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, toplanan informasiyalar Suriya təhlükəsizlik qüvvələrinin insanlığa qarşı yol verdiyi cinayət əməllərini əhatə edir.

Ağ Evdən “Wall Street Journal”-a bildirilib ki, ABŞ administrasiyası Bəşər Əsəd rejiminin məhkəməyə verilməsi ilə bağlı həm administrasiya daxilində, həm də regional səviyyədə müzakirələr aparır. Vaşinqton Dəməşqin neft və qaz satışından əldə etdiyi gəlirləri də dayandırmağa cəhd göstərir.

Qeyd edək ki, təkcə ötən cümə günü hökumət əleyhinə keçirilən aksiyalar dağıdılan zaman 16 aksiya iştirakçısı öldürülüb. Hazırda Türkiyədə 10 minə yaxın suriyalı qaçqın gəlib. Dünən Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışan ABŞ dövlət katibi Hillari Klinton Suriya hakimiyyətini mühakimə edən qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında qəbulu ilə bağlı müzakirə aparıb. Rusiya Suriya əleyhinə qətnamənin qəbuluna qarşı çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar