İki sərnişin təyyarəsi toqquşma təhlükəsi ilə üzləşib
23 iyun 2011 11:24 (UTC +04:00)

İki sərnişin təyyarəsi toqquşma təhlükəsi ilə üzləşib

0
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Almaniyanın “Lufthansa” şirkətinə məxsus, göyərtəsində 286 nəfərin olduğu təyyarənin pilotu dispetçerdən icazə alaraq Münhenə getmək üçün eniş-uçuş zolağından havaya qalxmaq üçün hərəkətə başlayıb.

Bu zaman Misirin “EgyptAİR” aviaşirkətinə məxsus təyyarə aeroporta enməyə hazırlaşırmış. Təyyarəyə eniş-uçuş zolağına 75 metr qalmış dayanmaq əmri verilsə də, təyyarə məlum olmayan səbəbdən aeroportun eniş-uçuş zolağına enməyə davam edib.
Dispetçer Misir aviaşirkətinə məxsus təyyarənin aeroporta enməkdə olduğu görüb və “Lufthansa” şirkətinə məxsus təyyarənin uçuşunu dayandırması əmrini verib. Dispetçer bildirib ki, Misir aviaşirkətinə məxsus təyyarənin pilotuna digər eniş-uçuş zolağına enməyi əmr etsə də, pilot onun bu göstərişini də yerinə yetirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar