Çin və Rusiya İrana yardım edir
0
0
Amerika Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ötən gün qurum İslam Respublikasının aviayük daşıyıcılarına qarşı yasaq haqda qərar qəbul olunub.
Nazirlik təmsilçisi bildirib ki, bu tədbir İranın “Iran Air” operator-şirkətinin bir sıra dəniz limanlarına, ölkənin “Tidewater Middle East” və sərmayəçi “Tidewater Middle East” şirkətinə tətbiq edilib. Bundan başqa amerikalıların “qara siyahısına” dövlət məmuru Behnam Şəhriyarinin və başçılıq etdiyi “Behnam Şehriyari Treydinq” firmasının adı da düşüb.
ABŞ-ın maliyyə qurumu təsdiqləyib ki, İran İnqilab Keşikçiləri Qvardiyası ilk-üç şirkətdən “kütləvi qırğın silahının hazırlanmasında istifadə edilə biləcək yüklərin daşınmasında” yararlanıb.
BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsinə əsasən, Tehrana belə məqsədli yüklərin daşınması qadağın edilib. Behnam Şəhriyari və onun firması terrorçu kimi tanınan “Hizbullah” qruplaşmasına silah ötürməkdə suçlanaraq, sanksiyaya məruz qalıb.
2010-cu ilin iyununda qəbul edilmiş bu qətnamədə aşağıdakı yasaqlar öz əksini tapıb: İranın yük gəmilərinin liman və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır, bu zaman həmin gəminin nüvə silahına aidiyyatı olan sursat daşımasından şübhələnilrəsə, saxlanılıb araşdırılmalıdır: İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi gəmilər və başqa ağır silah satılması yasaqdır; nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır: nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilməlidir: xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısı genişləndirilməlidir.
Bu sanksiyadan belə çıxır ki, ABŞ-dan olan fizik və hüquq şəxslərə sanksiya tətbiq edilmiş uyğun şəxs və şirkətlərlə istənilən əməkdaşlıq qadandır. Əks halda onların vəsaitləri həbs olunacaq.
“Associated Press”in məlumatına əsasən, ABŞ-ın iki vətəndaşı İrana təyyarələrin detallarını qanunsuz verilməsində suçlu bilinirlər.
Amerika hakimiyyəti təmsilçisi bildirib ki, şübhəli bilinənlərdən biri, Corciya ştatından olan Maykl Todd, o biri isə Çikaqodan Həmid Seyfidir. Onlar qırıcı və hərbi vertolyot hissələrinin İslam Respublikasına ötürülməsində ittiham olunurlar. Onlara Fransa, Birləşmiş Ərəb Əmirliyi və İrandan olan beş nəfərin yardım etdiyi güman edilir.
Uyğun ittiham Fransanın “Aerotechnic” şirkətinə və onun rəhbərliyinə, baş direktoruna da irəli sürülüb.
İranla bağlı başqa xəbərdə isə bildirilib ki, Rusiya və Çin İranın BMT tərəfindən qəbul olunmuş sanksiyalarını pozduğuna dair müstəqil mütəxəssislərin tərtib etdiyi məruzəyə qarşı çıxış ediblər. Amerikanın təqdim etdiyi bu sənədi həmin ölkələrin diplomatları “yetərli dəlil olmadığından qəbulunu mümkünsüz” sayıblar.
Lent.az-ın “Reutersə”ə istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının sanksiyalar üzrə komitəsinin məruzəsində bildirilib ki, İran qurumun Suriyaya silah satışı ilə bağlı embarqosunu pozaraq, bu ölkəyə silah-sursat göndəriblər. Həmin silahlar isə Livan və Fələstindəki qanunsuz hərbi birləşmələrə ötürülüb.
Məruzə müəllifləri İran hakimiyyətini uranın zənginləşdirilməsi proqramını dayandırmaqdan imtinaya görə də suçlayıblar.
Sədrəddin Soltan