Kadırovun 5 qohumu mücahidlərin tərəfinə keçib
11 iyul 2011 19:27 (UTC +04:00)

Kadırovun 5 qohumu mücahidlərin tərəfinə keçib

0
Çeçenistan prezidenti Ramzan Kadırovun qohumlarından 5 nəfər mücahidlərin yanına qaçıb. Lent.az-ın çeçen müqavimət hərəkatına bağlılığı ilə tanınan “Shamilonline” saytına istinadən verdiyi məlumata görə, Hosy-Yurt kəndində yaşayan Kadırovun qohumlarından ən azı 5 nəfər mücahidlərin tərəfinə keçib. Onlardan 4 nəfərin adı açıqlanıb: Salambek Kadırov, Tamerxan Kadırov, Sultan Hizırov və soyadı təyin olunmayan Alimbek adlı bir nəfər.

Federal qoşunlara qarşı döyüşən çeçen silahlılarının tərəfinə keçənlərdən 3 nəfərin Kadırovun yerli asayişi təmin etmək üçün qurduğu təhlükəsizlik qüvvələrinin üzvü olduğu söylənilir. Digər 2 nəfər isə mülki şəxsdir. Onların mücahid dəstələrinə qoşulmasını yerli mediaya açıqlamasında ailələri də təsdiqləyib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar