Amerikalı basketbolçu, Connors Dövlət Kollecinin komandasında çıxış edən İtan Dits 20 yaşında vəfat edib. Onun ölümü Junior Kolleclər Milli İdman Assosiasiyası çərçivəsində keçirilən oyun zamanı aldığı xəsarətlə əlaqələndirilir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, təhsil müəssisəsinin saytında bildirilir ki, Dits şənbə günü aldığı, xarakteri açıqlanmayan xəsarət səbəbindən çərşənbə axşamı səhər dünyasını dəyişib.
Kollec qadın və kişi basketbol komandalarının 25 noyabrdan 1 dekabradək bütün oyunlarını ləğv edib.