300 qramlıq körpə  həyatda qaldı
09 avqust 2022 08:17 (UTC +04:00)

300 qramlıq körpə həyatda qaldı

22 həftəlik hamiləlikdən sonra dunyaya gələn 300 qramlıq körpə sağ qalıb.

Lent.az xəbər verir ki, Britaniyada vaxtından əvvəl doğulmuş 300 qram çəkiyə malik körpə sağ qalıb. Yeni doğulan Oliver və Cozef qardaşları yaşamaq uğrunda mücadilə apardılar. Lakin, həkimlər əkizlərdən birinin, Cozefin beyin qanaması keçirdiyini, hətta sağ qalsa belə əlil olacağını bildirdilər. Doğuşdan sonra körpələr plastik torbalarla reanimasiyaya yerləşdirilib. Cozef 4 gün sonra həyatını itirib. Oliver isə kuvezdə yaşamaq uğrunda mübarizə apardı.

Hazırda 7 aylıq  Oliver yeni doğulmuş körpələr kimi həyatına sağlam şəkildə davam edir. 
 

# 1443
avatar

Oxşar yazılar