Abbasəli Novruzov dəfn edildi:  yasa generallar gəldi - FOTOLENT  - YENİLƏNİB
17 avqust 2026 10:01 (UTC +04:00)

Abbasəli Novruzov dəfn edildi: yasa generallar gəldi - FOTOLENT - YENİLƏNİB

1

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov dəfn edilib.

Lent.az xəbər verir ki, dəfndə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

16 avqust, saat 12:03

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. 

Lent.az xəbər verir ki, general 89 yaşında həyatla vidalaşıb. 

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.

Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2700

Oxşar yazılar