Moskvada bazardan aldığı ətri istifadə edən qadının dərisi yanıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, qadın qramla satılan ətirdən istifadə etdikdən sonra ciddi dəri problemi ilə üzləşib.
Səhər ətirdən istifadə edən qadın axşama doğru dərisinin qıcıqlanaraq yandığını görüb. Əvvəlcə bunun allergik reaksiya olduğunu düşünərək müəyyən preparatlar qəbul edib, lakin dərmanların təsiri olmayıb. Daha sonra vəziyyəti ağırlaşıb, hərarəti yüksəlib və zədələnmiş dəri nahiyələrinin üzərində qabıq əmələ gəlməyə başlayıb.
Həkimə gedəndə bunun kimyəvi yanıq olduğu aşkarlanıb. Dəridə yaranan zədələr təxminən bir həftədir davam edir.